Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat İnstitutları və Azərbaycan Dövlət Aqrar Universiteti üçün laboratoriya avadanlıqlarının satınalınmasını nəzərdə tutan 3 mln. 795 min 92,17 manat ümumi məbləğdə 3 müqavilə imzalayıb.
www.tender.gov.az saytında dərc olunan məlumata əsasən, hər 3 müqavilə “ESTET” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.
948 min 815,23 manat məbləğində birinci müqavilə çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqları alınacaq.
848 min 980,74 manat məbləğində ikinci müqavilə çərçivəsində Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqlarının satınalınması nəzərdə tutulur.
Üçüncü müqaviləyə Azərbaycan Dövlət Aqrar Universiteti üçün laboratoriya avadanlıqlarının satınalınması daxildir, dəyəri – 1 mln. 997 min 296.2 manatdır. **
N.Abbasova