"Xalq Bank" 2019-cu ilin I yarısında aktivlərini 6,3% – 2 mlrd. 135,273 mln. manata qədər artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
2019-cu il iyunun 30-na bankın kredit portfeli 1 mlrd. 493,554 mln. manat (yanvar-iyunda artım 8% - İF) təşkil edib.
Hesabat dövrünün sonuna “Xalq Bank”ın öhdəlikləri 1 mlrd. 736,031 mln. manata (artım 0,6%) bərabərdir.
I yarlmilliyin sonuna bankda depozit portfeli 1 mlrd. 389,811 mln. manat (artım 10,3%) təşkil edib.
1 iyul 2019-cu il tarixinə bankın kapitalı 399,241 mln. manat (artım 41,3%), nizamnamə kapitalı 333 mln. 78,384 min manat (artım 48%) məbləğindədir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə "Xalq Bank"ın xalis mənfəəti 15 mln. 664,02 min manat (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 27,1%) təşkil edib.
"Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 3 hüquqi şəxsdir.**
A.Əzizov