Paris Bakı ilə bərpa olunan enerji və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır. Bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer bəyan edib.
“Azərbaycan hər zaman Fransa üçün mühüm qitisadi tərəfdaş olub və biz buna böyük önəm vermişik. İqtisadi və maliyyə əməkdaşlığının yeni mərhələsinə keçmək istəyirik. Energetika, bərpa olunan enerji və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıyıq”,- Lö Mer Bakıda Azərbaycanın maliyyə naziri Samkir Şərifovla görüş zamanı bildirib.
Azərbaycanda yeni neft-qaz yataqlarının işlənməsində Fransa şirklətlərinin mümkün iştirakına dair suala cavabında Lö Mer qeyd edib ki, ətraf mühitə təsirin minimum olmasını nəzərə alaraq, köhnə neft-qaz yataqlarının reabilitasiyasında iştirak mümkündür.
Öz növbəsində, Şərifov qeyd edib ki, 2020-ci ildə Fransa şirkətləri Ələt azad iqtisadi zona ərazisində fəaliyyətə başlayacaq. Bundan başqa, nəqliyyat sahəsində bəzi layihələrin birgə maliyyələşdirilməsi məsələsinə baxılır. Eyni zamanda, nazir vurğulayıb ki, bu cür layihələrin maliyyələşdirilməsinə Fransa bankları cəlb oluna bilər. **
B.Rüstəmbəyov