Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Şamaxı rayonu ərazisində müasir üzüm tingliyinin yaradılması, həmçinin laboratoriya avadanlığının satın alınması məqsədilə şirkət seçir. Bu barədə İnstitutun elanında qeyd olunur.
Seçim açıq tender üsulu ilə keçirilir və 2 lotdan ibarətdir.
Müasir üzüm tingliyinin yaradılması üzrə lotda iştirak haqq - 500 manat, avadanlığının satın alınması üzrə lotda – 200 manatdır.
Tender təklifləri avqustun 29-da saat 18:00-dək qəbul olunur. Tender proseduru avqustun 30-da saat 12:00-da baş tutacaq. **
N.Abbasova