Rostov vilayətində Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb . Bu barədə “İnterfaks”a bazar ertəsi RF Yol Hərəkətinin Təhlükəsizliyi Dövlət Müfəttişliyinin mətbuat xidməti məlumat verib.
“Səhər M-4 “Don” trasının 958-ci kilometr hissəsində 13 sərnişinin olduğu (hamısı Azərbaycan Respblikası vətəndaşı olub, fərdi qaydada Moskvadan Bakıya gedirdilər) “Volkswagen Crafter” avtomobili eyni istiqamətdə hərəkət edən “Schmitz” yarımqoşqulu “MAN” yük avtomobili ilə toqquşub”, - məlumatda deyilir.
Bildirilir ki, yol qəzası nəticəsində “Volkswagen”in sürücüsü və bir sərnişin həlak olub, daha 7 sərnişin xəsarət alıb. **