Bakının Zirə qəsəbəsində “Mercedes” markalı avtomaşın və drezin minik avtomobilinin sürücüsünün təqsiri üzündən toqquşub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.
“Yol-nəqliyyat hadisəsi saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində baş verib. Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub”, - deyə məlumatda bildirilir.
Hadisə nəticəsində 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün xəstəxanaya aparılıb.
Səhiyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 22 yaşlı qız və 20 yaşlı oğlan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
“Qıza qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, oğlana isə qapalı kəllə beyin travması diaqnozu qoyulub”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, hadisə nəticəsində 38 və 33 yaşlı iki şəxsə yerində yardım edilib. Onlar stasionar müalicədən imtina ediblər.*
F.İsazadə