Azərbaycanın baş naziri Novruz Məmmədov Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
“Azərbaycanda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer ordeni N.Məmmədova təqdim edib. N.Məmmədov bu mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb”, - Nazirlər Kabinetindən qeyd edilib.
N.Məmmədov ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və xalqına minnətdarlığını bildirib. **
F.İsazadə