«Yapı Kredi Bank Azerbaijan» QSC 2019-cu ilin I yarısında aktivlərini 4,2% - 408,917 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2019-cu il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 167,844 mln. manat (yanvar-iyun aylarında azalma 3,6%) təşkil edib.
I yarımilliyin sonuna bankın öhdəlikləri 328,287 mln. manata (azalma 5,7%), depozitləri 298,628 mln. manata (azalma 6,9%) bərabərdir.
1 iyul 2019-cu il tarixinə “Yapi Kredi Bank Azerbaijan”ın kapitalı 80 mln. 630 min manata (artım 2,4%), nizamnamə kapitalı 55 mln. 381 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3,384 mln. manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 2,4 dəfə - İF) təşkil edib.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
A.Əzizov