Azərbaycan hərbçiləri “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Belarusa yola düşüblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
““Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Belarusa yola düşüb”, - deyə məlumatda bildirilir.
“Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək. Azərbaycan hərbçiləri “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirak edəcəklər.*
N.Abbasova