2019-cu ilin yanvar-iyun aylarında “Azexport.az” portalına ümumilikdə $303,1 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İyun ayında daxil olan sifarişlərin həcmi $41,3 mln. təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2019-cu il iyulun 1-nə kimi ixrac sifarişlərinin dəyəri $1 mlrd. 292,2 mln.-a çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekbar ayında “Azexport.az” portalını istifadəyə verib.**
B.Rüstəmbəyov