2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 590,8 mln. manatlıq ($347,5 mln.) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə əməliyyatların həcmi 4,8% azalıb.
Cari ilin iyun ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 115,1 mln. manat məbləğində (ötən ilin iyun ayı ilə müqayisədə artım 7,8% – İF) əməliyyat aparıblar.
Xəbər verildiyi kimi, ötən ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 mlrd. 278,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 6,5% - 1 mln. 410,7 min nəfərədək artıb.*
B.Rüstəmbəyov