Rusiyaya məxsus S-400 zenit raket kompleksinin Türkiyəyə tədarükü NATO üçün heç bir problem yaratmır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün jurnalistlərə bildirib.
“Bizim NATO ilə problemimiz yoxdur. Bu, NATO-nun baş katibinin bəyanatından da aydın olur. S-400 NATO üçün heç bir problem yaratmır”, - Bankoqda ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) XİN başçılarının iclasında iştirak edən Çavuşoğlu qeyd edib.
“Türkiyə müxtəlif üsullarla NATO əməliyyatlarına töhfə verir. Bu problemlər (S-400 ətrafında) heç zaman NATO sammitlərində müzakirə obyekti olmayıb”, - deyə nazir əlavə edib ki, bu daha çox Türkiyə ilə NATO arasında deyil, Türkiyə ilə ABŞ arasında münasibətlərdə problemdir. **