ABŞ Almaniyaya Hörmüz boğazında ticarət təhlükəsizliyinin təmin edilməsində Fransa və Böyük Britaniyaya qoşulmaqla bağlı təklif göndərib. Bu barədə bu gün Almaniyanın ДПА agentliyi məlumat yayıb.
“Biz Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində kömək etmək və İranın təcavüzünə qarşı mübarizə aparmaq üçün Fransa və İngiltərəyə qoşulmaq təklifi ilə Almaniyaya rəsmi qaydada müraciət etmişik”, - deyə ABŞ-ın Almaniyadakı səfirliyinin nümayəndəsi Tamara Ştenberq-Qreller bildirib.
O əlavə edib ki, Almaniya hökumətinin üzvləri gəmiçilik azadlığının qorunmasının vacibliyini açıq şəkildə ifadə ediblər.*