Bakı Nəqliyyat Agentliyi (BNA) dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması üzrə seçim elan edib.
Seçim açıq tender metodu ilə və iki lot üzrə keçirilir: dayanacaq pavilyonlarının satın alınması (lot-1), dayanacaq pavilyonlarının quraşdırılması (lot-2).
1-ci lot üzrə iştirak haqqı 700 manat, 2-ci lot üzrə iştirak haqqı 300 manatdır.
Təkliflər 16 sentyabr 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru sentyabrın 17-də baş tutacaq.
Telefon: (+99 412) 404-41-20, əlaqələndirici şəxs – Sevinc Çobanova.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
B.Rüstəmbəyov