1 iyul 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,571 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulun 1-nə Bakıda 1,373 min ədəd (hesabat dövründə artım 3,3%), bölgələrdə 1,198 min ədəd (artım 2,1%) bankomat quraşdırılıb.
2019-cu il iyulun 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 63,396 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 4,1% azdır. **
N.Abbasova