“Azərişıq” ASC Astara rayonunun 5 kəndində elektrik ötürmə xətlərinin çəkilməsinə 1,5 mln. manatdan çox vəsait yönəldəcək.
tender.gov.az saytında verilən məlumata görə, “Azərişıq” ASC "İMA-Energy" MMC ilə Astara rayonu Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kV-luq xətlərin çəkilişi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 mln. 502 min 549,38 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova