“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri Bakıya gəlib.
“Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri Bakıya gəlib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri, eləcə də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-da Bakıya gəlib.*
B.Rüstəmbəyov