Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin atəşkəs rejimini pozması nəticəsində azərbaycanlı sərhədçi yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. İyulun 31-də saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Atışma zamanı Dövlət Sərhəd Xidmətinin döyüş növbəsində xidmət aparan bir hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur”, - deyə məlumatda bildirilir.
Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub.*
B.Rüstəmbəyov