Azərbaycanda sənaye pakları və məhəllələrinin rezidentləri ümumlikdə layihələrin reallaşdırılmasına 5,7 mlrd. manat sərmayə yatırıb ($3,35 mlrd.). Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Nəzərdə tutulan 6,4 mlrd. manat sərmayədən artıq 5,7 mlrd. manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb”, - nazir çərşənbə günü sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib.
O cümlədən, Mustafayev məlumat verib ki, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 mlrd. manatlıq məhsul istehsal olunub ki, onun da 300 mln. manatlıq hissəsi ixraca yönəlib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 9 sənaye pakı və məhəllə fəaliyyət göstərir, burada 78 rezident qeydiyyatdan keçib. Eyni zamanda, 45 rezident artıq fəaliyyətə başlayıb.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir. **
B.Rüstəmbəyov