2019-cu ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta aktivlərinin idarə olunmasından gəlirləri 3,2% səviyyəsində proqnozlaşdırılır. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“Valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır, biz ili 3,2% gəlirlə başa vurmağı düşünürük”, - deyə o, iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bildirib.
Sədrin sözlərinə görə, cari ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 330 milyon dollardan çox artıb.
28 iyun 2019-cu il tarixinə AMB-nin valyuta ehtiyatları $5 mlrd. 939,4 mln. təşkil edib.
2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. məbləğində olub.*
N.Abbasova