İran istehsalı olan hava hücumundan müdafiə vasitələri ilə Amerikaya məxsus pilotsuz uçan aparatın məhv edilməsi İslam Respublikasının həyata keçirdiyi texnoloji irəliləyişin təzahürüdür. Bunu İran prezidenti Həsən Ruhani deyib.
“Biz aviasiya sənayesi, xüsusilə hava hücumundan müdafiə sektorunda yeni layihələrin reallaşdırılmasının şahidləriyik. Bütün bunlar ölkəmizdə elmi və texnoloji tərəqqini nümayiş etdirir. Biz Amerikaya məxsus müasir PUA-nı vurduq, ən vacib məqam ondan ibarətdir ki, bunu özümüzün hava hücumundan müdafiə sistemi vasitəsilə ilə həyata keçirdik. Bu bizim üçün şərəfdir”, - Ruhani cümə axşamı Təbrizdə çıxışı zamanı bildirib.
“Hərbi ekspertlərin sözlərinə görə, Amerikanın müasir PUA-nın məhv edilməsi möcüzə idi”, - İran prezidenti əlavə edib. **