2019-cu ilin I yarısında Azərbaycanda vergi güzəştlərinin tətbiqi nəticəsində əhaliyə 150 mln. manat məbləğində qənaət etməyə imkan yaradıb. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıb. Bu həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi”, - Cabbarov çərşənbə günü sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib.
Xəbər verildiyi kimi, 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatadək olduqda gəlir vergisi üzrə 100% müəyyən edilməsi nəzərdə tutulub. Muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatdan çox olduqda isə 44% (25%-dən 14%-dək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub.
Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır. **
B.Rüstəmbəyov