2019-cu il iyunun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 962,8 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 5,9% artıb.
İyul ayında AMB-nin valyuta ehtiyatları 0,4% və ya $23,4 mln. artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.*
N.Abbasova