2019-cu ilin I yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 10,25% - $42 mlrd. 463,7 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“Yanvar-iyun aylarında ARDNF-in aktivləri 10,25% - $42 mlrd. 463,7 mln.-a qədər artıb. Aktivlər fondun nisbətən yüksək gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına artıb“, - deyə məlumatda bildirilir.
I yarımillikdə fondun gəlirləri 10 mlrd. 698,3 mln. manat, xərcləri 4 mlrd. 499,4 mln. manat təşkil edib.
ARDNF-in gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 7 mlrd. 780,7 mln. manat, tranzit gəlirləri 8,9 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, akrhesabı ödənişlər 1,1 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından 2 mlrd. 141,2 mln. manat gəlir əldə edilib.
2019-cu ilin yanvar-iyun aylarında ARDNF-in xərcləri strukturunda ən çox məbləğ – 4 mlrd. 413 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Hesabat dövründə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xərcləri 74,9 mln. manat, fondun idarə edilməsi ilə bağlı xərcləri 11,5 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 513,1 mln. manat məbləğində olub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova