"Muğanbank"ın səhmdarları 5 mln. manatlıq səhmlərin əlavə emissiyası hesabına bankın nizamnamə kapitalının 5,3% - 100 mln. manatadək artırılmasına dair qərar qəbul ediblər. Bu barədə bankın məlumatında deyilir.
“Səhmdarların iyulun 23-də keçirilmiş ümumi iclasında nizamnamə kapitalının 5 mln. manat artırılmasına dair qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
"Muğanbank"ın nizamnamə kapitalı hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd səhmin əlavə emissiyası hesabına artırılıb.
“Muğanbank” adlı səhmlərin emissiya prospektinin dövlət qeydiyyatına alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib”, - deyə məlumatda qeyd olunur.
Hazırda bankın nizamnamə kapitalı 95 mln. manatdır.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
N.Abbasova