2003-cü ildən 2019-cu il iyunun 30-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 92 mlrd. 989 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Həmçinin 2019-cu ilin birinci yarısında ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 4 mlrd. 413 mln. manat təşkil edib”, - Fonddan qeyd ediblər.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
N.Abbasova