Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması layihəsinə 2 mlrd. 377,7 mln. manat yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“ARDNF 2001-2019-cu illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması layihəsinə 2 mlrd. 377,7 mln. manat, o cümlədən cari ilin I yarısında 74,9 mln. manat yönəldib”, - deyə məlumatda bildirilir.
Bu vəsait 245 yaşayış binası, 34,591 min fərdi ev, 78 məktəb, 7 musiqi məktəbi, 63 uşaq bağçası, 5 xəstəxana, 19 səhiyyə obyekti, 66 inzibati bina, 71 qəsəbə və s.-nin tikintisinə sərf edilib.*
N.Abbasova