Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bazar ertəsi Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.
Mehdiyev bu gün müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, Zirvə Görüşünün keçirilməsi üzrə İşçi qrupu yaradılacaq, həmçinin Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Xəbər verildiyi kimi, oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçiriləcək. Sammit çərçivəsində biznes forum təşkil olunacaq.
Bundan başqa, sammitdə Ticarət-Sənaye Palatası və Türkdilli Dövlətlərin Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır. **
F.İsazadə