2018-ci ilin yekunları üzrə ARDNF-nin xalis zərəri 2017-ci ilin yekunları üzrə 1 mlrd. 999,323 mln. manat məbləğində xalis mənfəətə qarşı 768,439 mln. manat təşkil edib.
Bu barədə PWC Beynəlxalq audit şirkətinin təsdiq etdiyi ARDNF-nin 2018-ci il ərzində maliyyə hesabatında deyilir.
Dərc olunan maliyyə hesabatına əsasən, 2018-ci ildə ARDNF-nin əməliyyat zərəri 2017-ci ildə 2 mlrd. 87,495 mln. manat məbləğində əməliyyat gəlirinə qarşı 703,358 mln. manat təşkil edib.
Eyni zamanda, 2018-ci ildə məzənnə fərqindən Fondun xərəri 1 mlrd. 411,237 mln. manat təşkil edib (2017-ci ildə gəlir 744,033 mln. manat olub).
Hesabat dövründə Fondun faiz gəlirləri 86,042 mln. manat (azalma 3,4 dəfə), dividend gəlirləri – 266,518 mln. manat (artım 48,9%), icarə gəlirləri – 167,236 mln. manat (artım 81,6%), qızıl külçələrdən gəlirlər – 32,497 mln. manat (azalma 5,2 dəfə) təşkil edib.
Hesabata əsasən, 2018-ci ildə ARDNF-nin aktivləri manat ekvivalentində 8,2% - 66 mlrd. 71,722 mln. manatadək artıb. Həmçinin, Fondun cari aktivləri 19,6% - 62 mlrd. 186,93 mln. manatadək artıb, uzunmüddətli aktivləri – 2,3 dəfə - 3 mlrd. 884,792 mln. manatadək azalıb.
Hesabat ilində Fondun öhdəlikləri 85,9% - 1 mlrd. 14,329 mln. manatadək artıb.
2018-ci ildə ARDNF-nin kapitalı 7,5% - 65 mlrd. 57,993 mln. manatadək artıb, həmçinin kapital qoyuluşları 33 mlrd. 689,328 mln. manat (artım 21,7%), ümumi bölüşdürülməmiş mənfəəti – 30 mlrd. 592,664 mln. manat (azalma 3,4%) təşkil edib. **
N.Abbasova