“Unibank” 2019-cu ilin I yarısında aktivlərini 15,2% - 799,494 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2019-cu il tarixinə bankın kredit portfeli 404,703 mln. manat (yanvar-iyun aylarında artım 4,4% - İF) təşkil edib.
İyunun 30-na bankın öhdəlikləri 681,029 mln. manata (artım 6,6%), müştəri hesabları 529,229 mln. manata (artım 13,2%) bərabərdir.
Hesabat dövrünün sonuna “Unibank”ın kapitalı 118,464 mln. manat (artım 2,1%), nizamnamə kapitalı 125 mln. 686,3 min manat (dəyişməyib) təşkil edir.
2019-cu ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 62 mln. 435 min manat (artım 4,26 dəfə) təşkil edib.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
N.Abbasova