Prezident İlham Əliyev bu gün Bakının Pirallahı rayonunda səfərdədir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin, “Mirvari” Park Kompleksinin və YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı, həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının və “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak edib, rayonda qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.*
B.Rüstəmbəyov, F.İsazadə