“Azərişıq” ASC Abşeron rayonu ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinə 1,5 mln. manatdan çox vəsait yönəldəcək.
tender.gov.az saytında verilən məlumata görə, “Azərişıq” «Tikinti Təmir RR» MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 mln. 549 min 306,76 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova