"Bakı Metropoliteni” QSC müxtəlif növ mühafizə vasitələri tədarükcüsü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
İştirak haqqı – 1200 manatdır. Tenderdə iştiraka zəruru maliyyə və texniki imkanlarına malik olan şirkətlər dəvət olunur.
Şirkətlərdən tender təklifləri sentyabrın 12-də saat 16:00-dək qəbul olunur. Tender proseduru sentyabrın 13-də saat 16:45-də keçiriləcək. **
B.Rüstəmbəyov