“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik dəmir yolu dəhlizi boyunca hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə dəmiryol keçidlərinin və kəsişmələrinin (avtomobil yolu, piyada və mal-qara) tədqiqi, qiymətləndirilməsi və işçi layihələndirilməsi üzrə məsləhətçi seçir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təklifləri 25 sentyabr saat 18:00-dək qəbul olunur. Tender proseduru 29 sentyabr saat 17:00-da baş tutacaq.
Telefon: (+99412) 499-63-95, əlaqələndirici şəxs – Seymur Qəhrəmanov.*
N.Abbasova