Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi nəzdində 3 DOST mərkəzinin layihələndiricisini seçir.
Seçim təkliflərin sorğusu üsulu ilə 3 lot üzrə keçirilir. Sorğu Bakının Nizami, Xəzər və Binəqədi rayonlarında DOST mərkəzlərinin layihəndrilməsini nəzərdə tutur.
Şirkətlərdən təkliflər avqustun 21-də saat 17:00-dək qəbul olunur.
Təkliflərə avqustun 22-də baxılacaq.
2019-2025-ci illərdə respublikada 31 DOST mərkəzi, həmçinin Bakıda 5, Sumqayıt və Gəncədə hər birində 2 mərkəzin açılışı planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 126 müxtəlif növ sosial xidmətlər göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir. **
B.Rüstəmbəyov