Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi şənbə günü məlumat verib ki, 4,9 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 11:35-də 2 km dərinlikdə qeydə alınıb.
Qeyd olunur ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Öncə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəziməlumat verib kli, şənbə günü Gürcüstan-Azərbaycan sərhədinin 30 kilometrliyində - Azərbaycan ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Siqnaxi bələdəiyyəsi yaxınlığında Tbilisi vaxtı ilə 11:35-də qeydə alınıb.
Təkanlar təxminən bütün Gürcüstan, həmçinin Tbilisidə hiss olunub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. **
F.İsazadə