Bakının Nardaran qəsəbəsi ərazisində Xəzər dənizində çimərkən 8-12 yaş arası dörd yetkinlik yaşına çatmayan uşaq batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
Məlumata əsasən, 2007-ci il təvəllüdlü Mənsumə Cəfərova, 2008-ci il təvəllüdlü Əlirza Cəfərov və 2011-ci il təvəllüdlü Leyla Cəfərzadənin meyitləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dördüncü uşaq, 2009-cu il təvəllüdlü Zeynəb Cəfərzadənin axtarışları davam etdirilir. **
F.İsazadə