Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.
“Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinə və şəhərin qonaqlarına müraciət edir. Avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir”, - “İnterfaks-Azərbaycan”a BŞİH-dən məlumat verilib.
Bununla əlaqədar, bildirilir ki, “bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar”.
“Vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq”, - məlumatda deyilir. **
F.İsazadə