Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verir ki, Rusiya ilə həmsərhəd olan Zaqatala rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.
Təkanlar 6 km dərinlikdə yerli vaxtla saat 7:29-da qeydə alınıb. Zəlzələ ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.
Xəbər verildiyi kimi, şənbə günü Respublika Seysmoloji Xidmət Mərkəzi yerli vaxtla saat 11:35 və 14:00-da müvafioq olaraq 4,9 və 3,4 bal gücündə yeraltı təkanlar barədə məlumat verib. **
F.İsazadə