Tehran Bakı ilə münasibətlərin genişlənməsinə böyük önəm verir. Bunu İran prezidenti Həsən Ruhani deyib.
“İran Azərbaycanla münasibətlərin genişlənməsi üzrə səylərə və əməkdaşlığa böyük önəm verir. Sevindirci haldır ki, biz əməkdaşlığın müsbət inkişafını müşahidə edirik”, - Ruhani Azərbaycan prezidenti İlham Əliyev ilə telefon söhbəti zamanı bildirib. Bu barədə İran liderinin saytı məlumat verir.
İran prezidentinin fikrincə, İran və Azərbaycan rəsmilərinin səfər mübadiləsi münasibətlərin genişlənməsi üçün effektiv alətdir və ümidvar olduğunu bildirib ki, iki ölkə arasında sazişlərin yerinə yetirilməsi prosesi sürətlənəcək.
“Azərbaycan Respublikası hər zaman İran üçün dost və qardaş ölkə olub, bu dostluq daha da dərinləşəcək”, - Ruhani qeyd edib.
Öz növbəsində, Əliyev bildirib ki, İran-Azərbaycan münasibətləri və əməkdaşlığı inkişaf edir, “bu da Tehran və Bakının daimi və məsuliyyətli səylərinin nəticəsidir”. “Şübhəsiz, iki ölkə və xalq arasında münasibətlər əvvəlkindən daha yaxşı olacaq və inkişaf edəcək”, - Azərbaycan prezidenti əlavə edib. **
F.İsazadə