"Global Finance" maliyyə jurnalı “Central Banker Report Cards 2019” hesabatında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmova "B" reytinqi verib.
2018-ci ilin yekunları üzrə də E.Rüstəmova “B” reytinqi verilmişdi.
MDB ölkələri arasında Rusiya, Gürcüstan və Belarus Mərkəzi banklarının rəhbərləri ən yüksək reytinqə malikdirlər.
“Global Finance” jurnalı 25 ildir Mərkəzi bank rəhbərlərini qiymətləndirir.
Nəşrin reytinqləri inflyasiyaya nəzarət, iqtisadi artım, milli valyutanın sabitliyi və faiz dərəcələrinin idarə olunması kimi göstəricilərə əsaslanır. Həmçinin Mərkəzi bankların rəhbərlərinin siyasi təzyiq qarşısında öz müstəqilliklərini müdafiə etmək iqtidarında olması və maliyyə institutlarına nəzarət etmək bacarıqları də nəzərə alınır.
“Global Finance” əsas bankirlərin fəaliyyətini "A" şkalasından (ən yüksək səviyyə) "F" şkalasına (birbaşa iflas) qədər qiymətləndirir. Bu il nəşr 94 Mərkəzi Bank rəhbərlərinin fəaliyyətini qiymətləndirib.*
A.Əzizov