2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana $154 mln. 849,4 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-iyul aylarında Azərbaycana $154 mln. 849,4 min dəyərində (artım 0,7%) 8 min 36,55 ton həcmində əczaçılıq məhsulları (2018-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə azalma 3,6% - İF) idxal olunub”, - Komitədən bildirilir.
2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub.**
N.Abbasova