Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İsraildən “Skylark” mini pilotsuz uçuş aparatları (PUA) alıb. Bu barədə “AzeriDefence” saytında məlumat verilir.
“DSX “Skylark” PUA-nın nümunələrini ilk dəfə avqustun 14-də Dövlət Bayraq Meydanında DSX-nin təşkil etdiyi mərasimdə ictimaiyyətə sərgiləyib”, - deyə məlumatda bildirilir.
“Skylark” pilotsuz uçuş aparatları İsrailin “Elbit Systems” şirkətinin törəməsi olan “Silver Arrow” şirkəti tərəfindən hazırlanıb.
Hazırda DSX-nin silahlanmasında “Elbit Systems” şirkətinin istehsalı olan “Hermes-450” və “Hermes-900” PUA-ları, “SkyStriker” kamikadze PUA, həmçinin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze PUA-ları var.*
F.İsazadə