Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İngiltərənin istehsalı olan “RPA Rangemaster – 338LM” snayper tüfəngləri ilə silahlanıb. Bu b arədə “AzeriDefence” hərbi xəbərlər saytı məlumat verir.
“DSX avqustun 14-də Bakının Dövlət Bayraq Meydanında DSX-nin 100 illiyinbə həsr olunan sərgidə“RPA Rangemaster – 338LM” snayper tüfəngini nümayiş etdirib. İndiyə kimi məlum idi ki, Azərbaycan sərhədçiləri İngiltərənin “Accuracy International” şirkətinin istehsalı olan AW-50 və AW-308 snayer tüfənglərini silahlanmaya götürüblər”, - “AzeriDefence” qeyd edir.
Nəşr qeyd edir ki, həmçinin sərgidə Azərbaycan istehsalı olan ST-338 “Yalquzaq”, ABŞ istehsalı olan “CheyTac”, İsveçrə istehsalı olan OM-50 “Nemesis”, Finlandiya istehsalı olan “Sako TRG-22”, Avstriya istehsalı olan SSG-08 və SSG-M1, Xorvatiya istehsalı olan MACS tüfəngləri də nümayiş etdiriıib. **
F.İsazadə