“Bakı Metropoliteni” QSC müxtəlif növ kabellərin satın alınması üçün ümumi dəyəri 3 mln. 111,551 min manat olan 3 müqavilə bağlayıb.
www.tender.gov.az saytında verilən məlumata görə, «İnterkabel» şirkəti ilə 1 mln. 103,886 min manat dəyərində müqavilə bağlanıb.
«Goknur Baki ltd» MMC ilə bağlanmış müqavilənin dəyəri 1 mln. 250,932 min manat təşkil edib.
“Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC ilə 756,732 min manat dəyərində müqavilə bağlanıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir.*
B.Rüstəmbəyov