2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM 2,5% (2018-ci ilin yanvar-iyul aylarında artım 0,2%) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-iyul ayları ərzində ÜDM-nin nominal həcmi 44 mlrd. 473,1 mln. manat təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 4 min 499,5 manat təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə tikinti istisna olmaqla bütün sahələrdə artım qeydə alınıb (azalma 9,1%).
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,2% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.**
N.Abbasova