ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət sosial sığorta şəhadətnamələrinin çapı üçün plastik kartların satınalınması ilə əlaqədar tender elan edib. Bu barədə fondun elanında deyilir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: ən səmərəli tender təklifi, iddiaçıların analoji işlər üzrə təcrübəsi, kadr potensialı, maliyyə və texniki imkanları.
Tenderdə iştirak edən şirkətlər vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışı Tender komissiyasına təqdim etməlidir.
Bundan başqa, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqındarəsmi məlumatı təqdim edilməlidir.
Tenderdə iştirak üçün dövlət rüsumu 200 manatdır.
Tender təklifləri sentyabrın 17-də saat 15:00-dək qəbul olunacaq, tender zərfləri həmin gün saat 15:00-da açılacaq.
Azərbaycanda sosial sığorta şəhadətnamələri 2006-cı ildən etibarən sosial sığortanın fərdi uçotuna əsaslanan yeni pensiya sisteminə keçidlə əlaqədar olaraq verilir. Hər bir sığortaçı 13 rəqəmli fərdi koda malik şəhadətnamə alıb. Şəhadətnamədə 1-8-ci rəqəmlər sığortaçının doğum tarixini, 9-13-cü rəqəmlər onun fərdi nömrəsini əks etdirir.**
Ə.Məmmədov