“AzInTelecom” müasir rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi üçün şirkət seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tender təklifləri 26 sentyabr saat 17.00-dək qəbul olunur. Tender proseduru 27 sentyabr saat 15.00-dək baş tutacaq.
Telefon: (+99412) 200-00-74/72.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.*
N.Abbasova