Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
“Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək. O, həmçinin həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək”, - nazirlikdən qeyd ediblər.
Qeyd edək ki, final yarışlarında Azərbaycan komandası birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq. **
B.Rüstəmbəyov