Dövlət Sərhəd Xidməti (DSX) 2018-ci ilin dekabr ayından Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədində 75 ədəd sərhəd məntəqəsi inşa edib.
"Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 9 aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib", - deyə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
DSX rəisi qeyd edib ki, bu gün əsas hədəf işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır.
E.Quliyev Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi məsələsinə də toxunub.
Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.*
F.İsazadə